Afrika Millətlər Kubokunun sonuncu çempionuna texniki məğlubiyyət

Afrika Millətlər Kubokunun sonuncu çempionuna texniki məğlubiyyət

Afrika Millətlər Kubokunun finalında Mərakeş millisinə qalib gələn Seneqala texniki məğlubiyyət verilib.

Sports.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyası (CAF) qərar qəbul edib.

Buna səbəb final görüşündə seneqallıların baş məşqçi Pap Tiaunun rəhbərliyi ilə bir müddət meydanı tərk etməsi göstərilib.

Belə ki, final matçda İsmailla Sarrın qolu mübahisəli epizoddan sonra ləğv edilib. Bir neçə dəqiqə sonra VAR-ın müdaxiləsi ilə Mərakeşin xeyrinə penalti təyin olunub. Bu da seneqallıların kəskin etirazına səbəb olub. Nəticədə Mərakeş CAF-a şikayət məktub ünvanlayıb.

CAF Apellyasiya Şurası oyun zamanı baş verən hadisəni mənfi hal kimi qiymətləndirib və Seneqalın çempionluğunu ləğv edib. Yeni qərara əsasən kubok Seneqaldan alınaraq Mərakeşə təqdim olunacaq.

Son xəbərlər
AFFA-nın baş katibinin müşaviri “Barselona" – "Nyukasl" oyununda
16 cüdoçumuz üçün Türingiya Kuboku
“Neftçi” – 89!
Yüksək Liqada növbəti oyunlar keçiriləcək
1/4 finalın son iştirakçıları müəyyənləşir
Millimiz “Böyük Dəbilqə”də 11 cüdoçu ilə iştirak edəcək
Günün oyunları – TV
“Barselona” Halandla bağlı qərar qəbul etdi
Banişevskinin xatirəsinə həsr olunan “Bakı Kuboku” keçiriləcək
Luis Enrike İngiltərə Premyer Liqasına keçməyəcək
“Yuventus”un Spalleti ilə yeni müqaviləsinə dair şərtlər açıqlandı
“Şamaxı”nın legioneri milliyə çağrıldı
“Mançester Siti” baş məşqçisi ilə vidalaşacaq?
Afrika Millətlər Kubokunun sonuncu çempionuna texniki məğlubiyyət
“Şamaxı” “Araz-Naxçıvan”a qarşı
“Real” “Mançester Siti”ni 1/4 finala buraxmadı
“Barselona” “Köln”ün hücumçusu ilə maraqlanır
Millimiz sonuncu oyununda da uduzdu
“Neftçi”dən asan, “Ordu”dan çətin qələbə
“Yuventus” yayda hücumçusu ilə ayrıla bilər
Azərbaycanın 2026-cı il üzrə “İdman səfirləri” müəyyənləşdi
Lənkəranda futzal turniri keçirilib
Premyer Liqada daha 3 turun oyun cədvəli açqlandı
“Atletiko” “Fənərbağça”nın müdafiəçisi ilə maraqlanır
“Xankəndi” və “Qaradağ Lökbatan”dan darmadağın
Yarımfinalın cavab oyunlarının vaxtı bəlli oldu
“Mingəçevir” Orxan Sadıqlı ilə yollarını ayırdı
“Real” “Bayern”in hücumçusunu hədəfə aldı
İsayev məşqçilərlə ilk görüşünü keçirib
ABF-dən məşqçilər üçün nəzəri və praktiki seminar
DAHA ÇOX

Ən çox oxunanlar