Dünya futbolu
“Barselona” Halandla bağlı qərar qəbul etdi

18.03.2026 | 11:20
Məlum olduğu kimi, “Barselona”nın “Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Halandın xidmətində maraqlı olduğu haqda məlumat vardı.
Sports.az xəbər verir ki, hazırda Kataloniya klubu müvafiq keçidə ehtiyac görmür.
Belə ki, Halandın keçidi ilə bağlı məsələ, “Barselona”nın klub prezidentliyinə seçkilər ərəfəsində Joan Laportanın “B” planı imiş. Məlum olduğu kimi, Laporta Kataloniya klubunun rəhbəri mövqeyini qoruya bilib, Halandla bağlı məsələ isə gündəlikdən çıxarılıb.
Son xəbərlər





























