Dünya futbolu
“Milan”da yeni hücumçu

31.03.2026 | 18:20
"Milan" heyətinə yeni oyunçu cəlb edib.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşlı monteneqrolu hücumçu Andrey Kostiç ilə müqavilə imzalanıb.
Müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Gənc futbolçu Serbiya "Partizan"ından transfer edilib. O, iyulun 1-də "Rossoneri"nin gənclər komandasına qoşulacaq.
İtaliya mətbuatı "Milan"ın oyunçu üçün 3 milyon avro ödəyəcəyini yazıb.
Qeyd edək ki, Kostiç Serbiya çempionatında bu mövsüm 27 oyunda 11 qol vurub.
Son xəbərlər





























