Dünya futbolu
Lüksemburq və Latviya C Liqasında qaldılar

01.04.2026 | 10:00
Millətlər Liqasının növbəti 2026/27 mövsümü üçün C və D divizionlarına yerlər uğrunda cavab oyunları keçirilib.
Spports.az xəbər verir ki, Lüksemburq ilk oyunda səfərdə 2:0 hesabı ilə qalib gəldiyi Maltanı bu dəfə evdə 3:0 hesabı ilə məğlub edib.
2 matçın cəmində Lüksemburq 5:0 hesablı qələbə qazanıb.
Latviya isə ardıcıl ikinci dəfə Cəbəllütariqi 1:0 hesabı ilə üstələyib.
Beləliklə, Latviya C Liqasının 2-ci qrupunda Ermənistan, Monteneqro və Kiprlə, Lüksemburq C Liqasınn 4-cü qrupunda Estoniya, İslandiya və Bolqarıstanla oynayacaq. Cəbəllütariq və Malta isə D Liqasının 1-ci qrupunda Andorra ilə birgə mübarizə aparacaqlar.
Lüksemburq - Malta - 3:0
Latviya - Cəbəllütariq - 1:0
Son xəbərlər





























