Dünya futbolu
Raşfordun “Barselona”dakı gələcəyi sual altına düşdü

02.04.2026 | 09:00
“Mançester Yunayted” rəhbərliyi “qırmızı şeytanlar”ın məzunu, ötən ilin iyul ayında cari mövsümün sonuna qədər müddətə “Barselona”ya icarəyə verdiyi 28 yaşlı ingiltərəli sol cinah hücumçusu Markus Raşfordun “blauqrana”ya tamhüquqlu satışı ilə bağlı, Kataloniya klubu ilə razılıq əldə edə biləməyib.
Sports.az xəbər verir ki, buna rəğmən, “Barselona” ilə Raşford arasında şəxsi müqavilə şərtləri tamamilə razılaşdırılıb.
Vurğulanır ki, hazırda, klublar arasında müvafiq keçidlə bağlı danışıqlar dayandırılıb.
Son xəbərlər





























