Dünya futbolu
Levandovski gələcəyi ilə bağlı “götür-qoy”dadır

02.04.2026 | 18:20
“Barselona”nın 37 yaşlı polyak ulduzu, mərkəz hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı götür-qoy edir.
Sports.az xəbər verir ki, yayda Kataloniya klubundan azad agent qismində ayrıla biləcəyi ehtimalını göz altına almış veteran hücumçu, onun xidmətində maraqlı olan “Yuventus”a keçid üzərində düşünür.
Vurğulanır ki, “Lyova” “Qoca Sinyora”nın təklifinə ciddiyyətlə yanaşır, amma eyni zamanda “Barselona”nın da mümkün təklifinə böyük ümid bəsləyir.
Son xəbərlər





























