Dünya futbolu
Kasado Səudiyyə Ərəbistanına keçə bilər

03.04.2026 | 20:00
“Barselona”nın 22 yaşlı ispan dayaq yarımmüdafiəçisi Mark Kasado yayda Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçə bilər.
Sports.az xəbər verir ki, Kasadonun xidmətində Səudiyyə Ərəbistanı futbolunun bir neçə nəhəngi maraqlıdır.
Həmin klubların adları açıqlanmır, amma ispan “dayaqçı”ya fəal marağın olduğu vurğulanır.
Bildirilir ki, maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə, Kataloniya klubu Kasadonun satışını sərfəli təklif müqabilində gerçəkləşdirə bilər.
Son xəbərlər





























