Dünya futbolu
Premyer Liqada martın ən yaxşı futbolçusu bəlli oldu

03.04.2026 | 21:30
"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu olub.
Sports.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı futbolçu martda çempionatda 4 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fernandes mükafat uğrunda mübarizədə Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayanı ("Arsenal") qabaqlayıb.
Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi cari mövsümdə çempionatda 28 matça çıxıb, 8 qol vurub və 16 məhsuldar ötürmə verib. "Mançester Yunayted" 31 turdan sonra 55 xalla turnir cədvəlində üçüncüdür.
Son xəbərlər





























