Dünya futbolu
Cəlal oynadı, komandası qalib gəldi

05.04.2026 | 10:20
Bolqarıstan çempionatında 28-ci turun oyunları keçirilir.
Sports.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Montana” ilə qarşılaşıb.
Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.
Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan “Arda” hazırda 41 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Son xəbərlər





























