Dünya futbolu
Dünya çempionatında rekord sayda hakim fəaliyyət göstərəcək

09.04.2026 | 23:30
Yayda keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında rekord sayda hakim çalışacaq.
Sports.az FIFA-ya istinadən xəbər verir ki, mundialda ümumilikdə 170 hakim fəaliyyət göstərəcək.
Siyahıya 52 baş hakim, 88 köməkçi hakim və altısı qadın olmaqla 30 video hakim daxildir. Bu, dünya çempionatları tarixində ən yüksək say hesab olunur və 2022-ci ildə reallaşan dünya çempionatı turnirində qeydə alınan göstəricidən 41 nəfər çoxdur.
Bundan əlavə, tarixdə ilk dəfə olaraq azarkeşlər hakimlərin üzərində quraşdırılmış kameralar vasitəsilə epizodların təkrarını onların baxış bucağından izləyə biləcəklər.
Bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundiala ümumilikdə 48 komanda qatılacaq.
Son xəbərlər





























