Dünya futbolu
Qvardiola “Mançester Siti”nin kapitanının gələcəyi ilə bağlı sualı cavabladı

11.04.2026 | 14:00
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “şəhərlilər”in kapitanı, portuqal yarımmüdafiəçi Bernardu Silvanın klubdakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Sports.az ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:
“Heç nə bilmirəm. Ona demişdim ki, onun, gələcəyi ilə bağlı məlumat verəcəyi ilk kəs olmaq istəyirəm. Amma o, mənə hələ heç nə deməyib”, deyə “Pep” vurğulayıb.
Xatırladaq ki, Bernardu Silvanın “Mançester Siti” ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Son xəbərlər





























