Rejes karyerasını başa vurdu

Rejes karyerasını başa vurdu

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Fernando Rejes karyerasını başa vurub.

Sports.az xəbər verir ki, 38 yaşlı braziliyalı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşdığı açıqlamada futbolun həyatında xüsusi yer tutduğunu vurğulayaraq, bu qərarı asanlıqla verdiyini bildirib.

Rejes futbolun ona intizam, cəsarət və fədakarlıq kimi dəyərlər qazandırdığını qeyd edib.

Qeyd edək ki, Fernando Rejes 2017-2019-cu illərdə "Qalatasaray"ın heyətində çıxış edib. O, İstanbul klubunda 58 oyuna çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb, 2 dəfə Türkiyə çempionu və 1 dəfə ölkə kubokunun qalibi olub.

Braziliyalı futbolçu peşəkar karyerası ərzində "Vila Nova" (Braziliya), "Portu" (Portuqaliya), "Eştrela" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya) və "İnternasional" (Braziliya) klublarının da formasını geyinib.
 

Son xəbərlər
“Qarabağ” Şamaxıda xal itirdi - YENİLƏNİR
Endryu Robertson gələcəyi ilə bağlı qərar verib
“Fərdi olaraq çox səhvlərə yol verdik”
Azərbaycanın yığması Gürcüstana məğlub oldu
“Milan” növəbəti mövsümə hazırlıq planları qurur
Əli Quliyev İsveçdə qələbə qazandı
Yamal “Barselona”nın məşqini yarımçıq tərk etdi
Arteta gələcəyi ilə bağlı sualı cavabladı
Stolüstü tennisçilərimiz Türkiyə Super Liqasında mübarizə aparacaqlar
Rejes karyerasını başa vurdu
Qvardiola “Mançester Siti”nin kapitanının gələcəyi ilə bağlı sualı cavabladı
Endryu Robetson İngiltərədə çıxışını davam etdirə bilər
“Mançester Siti”nin ulduzu İspaniya La Liqasını xəyal edir
“Arsenal” “Nyukasl”ın üç oyunçusunu hədəfə aldı
Zubir “Qarabağ”ı tərk edəcək?
PSJ “Aston Villa”nın ulduzu uğrunda mübarizəyə qoşuldu
AŞF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
“Çelsi” transfer hədəflərindən birini müəyyənləşdirdi
Millimizin gürcülərlə ikinci görüşü
“Barselona”nın ulduzu gələcəyi ilə bağlı mövqeyini dəyişdi
Gənclər Liqasının oyunları təxirə salındı
“Real”ın baş məşqçisi vəzifəsinə gözlənilməz namizəd
Yarımfinalın cavab matçları keçiriləcək
“Atletiko” “Barselona”nın futbolçusunu hədəfə aldı
Slotdan istefa açıqlaması
“Arsenal” Çempionlar Liqasını qazanacaqmı? – Arteta cavabladı
Günün oyunları – TV
Qvardiola çempionluğa inanır?
“Bayern” baş məşqçisinə təbrik ünvanladı
“İnter”də ciddi itki
DAHA ÇOX

Ən çox oxunanlar