Dünya futbolu
Yamal “Barselona”nın məşqini yarımçıq tərk etdi

11.04.2026 | 15:20
“Barselona"nın futbolçusu Lamin Yamal səhhətində narahatlıq hiss etdiyi üçün məşq prosesini yarımçıq tərk edib.
Sports.az xəbər verir ki, tibbi müayinədən sonra 18 yaşlı cinah oyunçusunda ciddi zədə aşkarlanmayıb, yalnız əzələsində yüngül gərilmə qeydə alınıb.
Bu səbəbdən onun aprelin 11-də "Espanyol"a qarşı keçiriləcək matçda iştirakı gözlənilir.
Yamal cari mövsümdə bütün turnirlərdə 42 oyuna çıxaraq 21 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun "Barselona" ilə müqaviləsi 2031-ci ilin yayına qədər qüvvədədir.
Son xəbərlər





























