Dünya futbolu
Bundesliqa klubu qadın baş məşqçiyə tapşırıldı

12.04.2026 | 15:40
"Union Berlin" baş məşqçi Şteffen Baumqartın istefasını açıqlayıb.
Sports.az xəbər verir ki, qərar Almaniya çempionatında səfərdə "Haydenhaym"a 1:3 hesablı məğlubiyyətdən sonra qəbul edilib.
Əsas komandanın müvəqqəti baş məşqçisi vəzifəsinə 2026-cı il iyunun 30-dək əvvəllər klubun U-19 kollektivinə rəhbərlik edən Mari-Luiza Eta təyin olunub.
54 yaşlı Baumqart 2025-ci il yanvarın 2-dən baş məşqçi vəzifəsində çalışırdı. Onun işlədiyi dövrdə kollektiv 51 oyunda 16 qələbə qazanıb, 14 heç-heçə edib və 21 dəfə məğlub olub.
29 turdan sonra hesabında 32 xal olan "Union Berlin" Almaniya Bundesliqasının turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Son xəbərlər





























