“Bayer” yeni qapıçı gətirdi, Lunyovun “Qarabağ”a yolu açıldı

Avstriya yığmasının qapıçısı Patrik Pents Fransanın “Reyms” klubundan Almaniya “Bayer”inə transfer olunub.

Sports.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

26 yaşlı qolkiperlə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

“Austria”nın yetirməsi olan Pents 2022-ci ilin yayında keçdiyi “Reyms”də cəmi 7 oyuna çıxıb. O, Avstriya millisində də 1 oyuna çıxıb.

Pentsin transferindən sonra “Bayer”in rusiyalı qapıçısı Andrey Lunyovun “Qarabağ”a keçmək ehtimalı artıb. Çünki qapıçı axtarışında olan Ağdam klubunun transfer siyahısında bu qapıçı da var. Bunu Lunyovun agenti Anton Smirnov da təsdiqləyib. Moskva “Torpedo”sunun yetirməsi olan Lunyov ölkəsində “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”in də formasını geyinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar