“Everton”dan “Nyukasl”a 45 milyonluq transfer

“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.

Sports.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Everton”un hücumçusu Entoni Qordonu heyətinə qatıb.

Gənc futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı açıqlanıb. “Nyukasl”ın bu transfer üçün “Everton”a 45.6 milyon avro ödəyib.

İngiltərənin U-21 yığmasının üzvü olan Qordon “Everton”un əsas komandasında meydana çıxdığı 78 oyunda 7 qol vurub. Gənc futbolçu 2021-ci ildə “Preston”da icarədə də oynayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar