“Borussiya”dan inamlı qələbə

Almaniya Bundesliqasında 18-ci tura yekun vurulub.

Sports.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Şalke” - “Köln” matçı qolsuz bitib. “Bayer”in qonağı olan Dortmund “Borussiya”sı isə inamlı qələbəyə sevinib.

Hazırda “Bayern” 37 xalla vahid liderdir. “Union Berlin” 36 xalla ikinci, “Leypsiq” isə 35 xalla üçüncüdür. “Frayburq”la Dortmund “Borussiya”sının da 34 xalı var.

Almaniya Bundesliqası
18-ci tur

27 yanvar

Leypsiq – Ştutqart 2:1
Qol: Soboslai, 25; 49 – Fuhrix, 68-pen.

28 yanvar

Frayburq – Auqsburq 3:1
Qol: Qreqoriç, 13. Holer, 30. Linhart, 85 – Berişa, 29-pen.

Herta – Union Berlin 0:2
Qol: Duxi, 44. Sequin, 67.

Hoffenhaym – Borussiya (Mönhenqladbax) 1:4
Qol: Bebu, 80 – Hofmann, 12; 37. Ştindl, 83. Volf, 90+1.

Maynts – Bohum 5:2
Qol: Li, 1. Vidmer, 17. Onisivo, 28; 57; 87 – Kunde, 70. Maşoviç, 72.

Verder – Volfsburq 2:1
Qol: Fullkruq, 24-pen; 77.

Bayern – Ayntraxt 1:1
Qol: Sane, 34 – Muani, 69.

29 yanvar

Şalke – Köln 0:0

Bayer – Borussiya (Dortmund) 0:2
Qol: Adeyemi, 33. Tapsoba, 53-öz qapısına.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar