Dünya futbolu
Osimhenin qollarının sirri mərcdədi

21.03.2023 | 13:31
"Napoli"nin ulduzu Viktor Osimhen məhsuldarlığının sirrini açıqlayıb.
"Torino" ilə qarşılaşmada iki qol vuran nigeriyalı maraqlı etiraf edib.
DAZN-a müsahibəsində Osimhen hər oyunda qol vurmaq istədiyini bildirib:
"Hər matçda qol vurmaq istəyirəm ki, afrikalı uşaqlar ac qalmasın. Çünki, bilirəm ki, onlar mənim qol vuracağıma mərc edirlər".
Nigeriyalı ulduzun bu motivasiyası heç şübhəsiz hörmətə layiqdi.