Dünya futbolu
"Entoni Devis özünü sübut etməlidi" - Kevin Qarnett

21.03.2023 | 15:07
"Boston Seltiks"in heyətində NBA çempionu və Şöhrət Zalının üzvü Kevin Qarnett "Los Anceles Leykers"in ulduzu Entoni Devis haqda fikirlərini bildirib.
Bleacher Reporta açıqlamasında Qarnett Devisin növbəti 2 həftədə komandaya lazımlığını sübut etməli olduğunu deyib:
"Növbəti iki həftədə Devis "Leykers"in pley-offa yüksəlməsi üçün nə edə biləcəyini göstərməlidi. Bu onun üçün vacibdi. O komandaya lazım olduğunu göstərməlidi".
Bu mövsüm 29 yaşlı Devis 46 oyunda iştirak edib və orta hesabla 25.8 xal toplayıb.