Dünya futbolu
Fanata 40 illik cəza

21.03.2023 | 15:44
PSV serbiyalı qapıçı Marko Dmitroviçə hücum etmiş fanata 40 il stadiona gəlməmək cəzası verib.
Xatırladaq ki, Avropa Liqasının pley-off mərhələsinin PSV - "Sevilya" cavab matçının sonlarına yaxın meydana çıxan azarkeş Dmitroviçə tərəf qaçıb və onun sifətinə zərbə endirib.
Əvvəllər də futbol oyunlarındakı qanun pozuntularına görə 2 dəfə məhkəməyə çıxarılmış 20 yaşlı fanat bu dəfə 3 ay həbs cəzasına məhkum edilib. Bundan başqa prokurorluq ona 2 il ərzindı PSV-nin stadionun ərazisinə yaxın gəlməyi qadağan edib.