Dünya futbolu
"Real" bu ulduzu transfer etmək istəyir

21.03.2023 | 18:26
Madrid "Real"ı Viktor Osimhenin xidmətində maraqlıdır. Kral klubu nigeriyalı futbolçu üçün 80 milyon avro və müdafiəçisi Naço Fernandesi təklif etmək niyyətindədir. Bu haqdq Calciomercato məlumat yayıb.
24 yaşlı Osimhen 2020-ci ildə "Lill"dən "Napoli"yə keçib.
Hücumçu bu mövsüm 29 oyuna 25 qol vurub və 5 məhsuldar ötürmə verib.
"Napoli" 2025-ci ilin yayında müqaviləsi bitəcək futbolçusu ilə yeni anlaşma imzalamaq istəyir.
İndiyəcən KİV-də Osimhenlə PSJ, "Çelsi", "Bayern" və digər TOP klubların maraqlandığı haqda məlumatlar çıxıb.