Futbol
Aleksandar Kolarov İtaliya klubunda çalışa bilər

08.06.2023 | 17:10
"Mançester Siti"nin keçmiş futbolçusu Aleksandar Kolarov İtaliya klubunda çalışa bilər.
Sports.az xəbər verir ki, serbiyalı keçmiş futbolçu İtaliya Seriya B-də çıxış edən "Piza" klubunun idman direktoru vəzifəsinə təyin oluna bilər. Tərəflər arasında danışıqlar artıq tamamlanıb.