“Azərbaycanlılar hər yerdə şahmat oynayır” - Pavel Dreksa

“Azərbaycanlılar hər yerdə şahmat oynayır” - Pavel Dreksa

2017-ci ildə “Neftçi”nin heyətində çıxış etmiş çexiyalı Pavel Dreksa yerli mətbuata müsahibəsində “Qarabağ”, Bakıdakı həyat , Azərbaycan çempionatı haqqında məlumat verib.

Sports.az xəbər verir ki, hazırda Kipr çempionatında “Paralmina” klubunda oynayan “Brno və Karvina”nın sabiq müdafiəçisi “Viktoriya”nı asan səfər gözləmədiyini deyib:

- Siz kimə daha çox inanırsınız, “Viktoriya”ya, yoxsa “Qarabağ”a? 
- Hmm. Bir cümlə ilə fikrimi ifadə etsəm, mən “Viktoriya”nın “Qarabağ”la düşməsini istəmirdim.

- “Viktoriya”ya narahat olmağa dəyər? 
- Birincu oyunda uşaqların yüksək rütubətlə necə bacaracaqları önəmlidir. Hava onlar üçün əlavə rəqib olacaq. Düzdür, axşam gün olmayacaq. Amma hava hələ də rütubətli olur və futbolçulara nəfəs almağa çətinlik yaranacaq. Mən “Qarabağ”ın bundan əvvəlki mərhələlərdə “Sürix”, “Ferentsvaroş”la oyunlarını izləmişəm. Əla təsir bağışlayırdılar.

- “Qarabağ”ın Azərbaycanda rəqibləri yoxdur?
- İki mövsüm əvvəl “Neftçi” son turda çempionluğu onlardan aldı. Lakin maddi imkanlar və stabillik baxımından “Qarabağ” aşkar üstünlüyə malikdir. Qurban Qurbanov idman direktoru olan qardaşı ilə (burda Dreksa səhvə yol verir. Musa Qurbanovun klubda heç bir rəsmi vəzifəsi yoxdur) bütün kluba nəzarət edir. Onların arxasında fəaliyyətlərinə bütün sərbəstlik verən klub sahibləri dayanır. Yaxşı əcnəbiləri heyətə götürürlər və maaş verə bilirlər. “Qarabağ” həqiqətən güclüdür.

- Onların əsas gücü nədədir? 
- Biz “Qarabağ”a qarşı oynayanda Qurbanov komandasını əla hazırlamışdı. Onlar hər şeyi nəzərə alırdılar. Ciddi məşqçidir və komandanı intizamla idarə edir. Bundan başqa, komanda taktiki baxımdan çox yaxşı hazırlıqlıdır. Hücumda əla ifaçıları var.

- Azərbaycan liqasının səviyyəsi necədir? 
- Hər komandada təcrübəli əcməbiləri görə bilərsiniz. Lakin ilk dördlükdə olan klublarla digərləri arasında böyük fərq var. Bu il onlar komandaların sayını artırdılar. Klublara daha çox puil gəlir, rəqabət artır. Ancaq Çexiya ilə müqayisə etmək olmaz. Azərbaycanda tamam başqa futbol oynayırlar. Daha çox texnikalı, nəinki taktiki.

- Stadionlar, idman infrastrukturu necədir? 
- Stadionlarla bağlı problem yoxdur. Ancaq insanlar oyunlara stadionda gedib baxmırlar, televizorda tamaşa edirlər. Hətta xatırlayıram ki, bəzi matçlarda giriş pulsuz idi. Ya da simvolik bir manat, təxminən 15 kron. “Neftçi” Konfrans Liqasında evdə “Rapid”i qəbul edəndə ən aşağı biletlərin qiyməti 2 manat idi, təxminən 30 kron. Ancaq klublar bilet satışından gəlir əldə etmirlər.

- Siz qeyd etdiniz ki, çox rütubət var idi. Bununla necə bacarırdınız? 
- Bu, həqiqətən çətin idi. Bu baxımdan özümə heç bir kömək edə bilmədim, Kiprdə də eyni vəziyyətdir (gülür). “Plzen” bir gün ərzində buna öyrəşə bilməz.

- Bakıda həyat necə idi? 
- İndi mənimlə Kiprdə oynayan futbolçulardan ikisi Bakıdan şəkillərini göstərdilər. Bakıda yeni, müasir rayonlar yaranıb. Bakıdakı həyat tərzinə gəlincə, hər şey normaldır. Ailəmizlə birgə çox razı qalmışdıq. Bakıdan 25 km aralıda olan çimərliklərə tez-tez gedirdik. Yaxşı, müasir çimərliklər və komplekslər mövcuddur. Bakıda uzun, gözəl bulvar var. Orada böyük şahmat taxtaları yerdə düzəldiblər və insanlar şahmat oynayırlar.

- Sən oynayırdın? 
- Yox oynamırdım. Amma həmişə gözüm şahmatda idi. Azərbaycanlılar həmişə və hər yerdə şahmat oynayırlar. Futbolçular bəzən bir-birləri ilə, fizioterapevtlər, məşqçilər, həkimlər oynayırdılar. Onlar şahmatsız qala bilmirlər. (Msport.az)

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar