Futbol
Çerçesov istefaya göndərildi

20.07.2023 | 19:42
Stanislav Çerçesov Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi postundan istefaya göndərilib.
Sports.az xəbər verir ki, rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda evdə Farer Adalarının “Klaksvik” klubuna 0:3 hesabı ilə uduzaraq turnirdəki çıxışını başa vurub.
59 yaşlı mütəxəssis 2021-ci ilin dekabr ayından Budapeşt klubuna rəhbərlik edirdi. Komanda onun dövründə bu iki dəfə Macarıstan çempionatının, bir dəfə isə Macarıstan kubokunun qalibi olub.
Son xəbərlər