Futbol
“Çelsi” Premyer Liqa tarixinin ən bahalı transferini gerçəkləşdirdi

15.08.2023 | 18:53
“Çelsi” heyətini yeni futbolçuyla gücləndirib.
Sports.az xəbər verir ki, “zadəganlar” “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu transfer edib.
London təmsilçisi bu keçid üçün qarşı tərəfə bonuslar daxil olmaqla 115 milyon funt-sterlinq ödəyib. Bu məbləğ Premyer Liqa tarixində ən yüksək göstəricidir. 21 yaşlı futbolçuyla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kaysedo 2020-ci ildən “Brayton”da çıxış edir. O, ötən mövsüm ərzində 43 oyunda iştirak edib, 1 qol və 1 assistlə fərqlənib.