"Kəpəz" ulduz futbolçu transfer etdi - Rəsmi


"Kəpəz" daha bir legioner transferini rəsmiləşdirib. Gəncə təmsilçisi Gürcüstan millisinin üzvü Georgi Papunaşvili ilə 1illik müqavilə imzalayıb.
Sabah 28 yaşı tamam olacaq hücumameylli yarımmüdafiəçi bu dəqiqələrdə Azər Məmmədovun komandası ilə ilk məşqinə çıxır.
Papunaşvili "Verder Bremen", "Real Saraqosa", "Rasinq Santander", "Apollon Limassol" kimi qitə komandalarının şərəfini qoruyub, Gürcüstan U 17 millisi ilə Avropa çempionatının bürünc medalını qazanıb.
Tanınmış futbolçu Azərbaycan azarkeşlərinə 8 il öncə Tbilisidə keçirilmiş və "Dinamo"nun qələbəsi ilə bitmiş Avropa Liqasının matçında "Qəbələ"yə  vurduğu həlledici qol ilə də tanışdı.
Sports.az xəbər verir ki, klub artıq rəsmiləşmiş transferi tezliklə açıqlayacaq.

Papunaşvilinin birisigün keçiriləcək "Kəpəz" - "Araz Naxçıvan" matçında Premyer Liqada debüt edəcəyi gözlənilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar