"Qurban Qurbanov yaxşı məşqçidir" - Xabi Alonso

“Qarabağ” çox güclü komandadır, avrokubok təcrübəsi böyükdür".

Bunu Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”a qarşı keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl baş tutan mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Bakıya iddialı yollanacaqlarını bildirib: “Qarabağ”ın pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirdiyi hər iki oyununu təhlil etmişik. Tipik “Qarabağ” performansı gördük. Təhlükəli çıxış etdilər və uğur qazandılar. 10 nəfərlə mübarizə aparsalar da, sona qədər əzmkar oynadılar”.

O, bir müddət əvvəl “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşündən də bəhs edib: “Qurban Qurbanovla yaxşı söhbətimiz oldu, aramızda gizlədiləsi heç nə yoxdur. O, yaxşı məşqçidir”.

Çalışdırıcı argentinalı yarımmüdafiəçi Ezekyel Palasiosun matça hazır olduğunu əlavə edib: “Sabahkı oyunda da start heyətində çıxış etmək iqtidarındadır. Ondan gözləntimiz yaxşı oynamaq, komandaya kömək etməkdir. Bütün futbolçulardan istəyim budur”.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Son xəbərlər
Təxirə salınmış matçın baş tutacağı tarix açıqlandı
“Kəpəz” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
Həkim zədəli Lukakunun vəziyyəti haqda məlumat verdi
Erik Qarsiya yeni müqaviləsinə dair danışıqlar apardığını təsdiqlədi
“Kəpəz” heyətini hücumçu ilə gücləndirdi
“Yaş – sadəcə rəqəmdir” - Vardi
“Real” PSJ-nin gənc hücumçusuna göz dikdi
“Arsenal”ın iki futbolçusu zədədən bərpa olub sıraya qayıtdı
Antoni Marsyal “Yeni Dünya”ya üz tutacaq
“Arsenal”ın Salibaya hazırladığı yeni müqavilənin təfərrüatı məlum oldu
“Atletiko” “Tottenhem”in yarımmüdafiəçisi ilə maraqlanır
İtaliya yığmasının sabiq futbolçusunun yeni klubu bəlli oldu
Millimiz Litvaya uduzdu
“Qarabağ” - “Kopenhagen” matçına qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlandı
“Barselona”nın yarımmüdafiəçisini Premyer Liqa klubları istəyir
Teymur Rəcəbovun iştirakı ilə “ustad dərsi”
Kanadalı basketbolçu Azərbaycan klubuna keçdi
“Şəki” 3-cü legioner basketbolçunu heyətinə qatdı
“Liverpul” əsas transfer hədəfini müəyyənləşdirdi
Milli Paralimpiya Komitəsində yeni təyinat
AFFA Hakimlər Komitəsinin sədrinə Rusiyada vəzifə verildi
Ronaldinyonun oğlu Acunun klubunda
“Bayern” “Barselona”nın iki ulduzunu satın almaq istəyib
“Napoli”nin futbolçusu Rusiya klubuna keçdi
“Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm”
Onana rəsmən “Trabzonspor”da
Günün oyunları – TV
“Qarabağ”ın ÇL-dəki rəqibi yeni transferini açıqladı
Millinin baş məşqçisi istefaya göndərildi
“Qarabağ”ın rəqibi yeni futbolçu transfer etdi
DAHA ÇOX

Ən çox oxunanlar