Arteta “Arsenal”da xoşbəxt olduğunu bildirdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”la müqaviləsinin müddətinin uzadılması ilə bağlı hər hansı yeni xəbərin olub-olmaması haqda sualı cavablayıb.

Sports.az xatırladır ki, ispaniyalı mütəxəssisin “topçular”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Yox, xəbər yoxdur. Amma burada həqiqətən xoşbəxtəm. Daha bir il müqaviləm var ki, bu da futbolda uzun müddətdir. Futbolçular xoşbəxtdirlər, klub xoşbəxtdir, heç bir fəsadımız yoxdur. Mən yalnız oyunlara və qalibiyyətə köklənmişəm, hazırda ən vacibi budur”, deyə Arteta vurğulayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar