Futbol
MY Brantueyt müqabilində nəhəng xərc çəkməyə hazırdır
15.04.2024 | 18:44
“Mançester Yunayted” “Everton”un 21 yaşlı mərkəz müdafiəçisi Carred Brantueyt müqabilində 80 milyon funt-sterlinq (93,6 milyon avro) məbləğində təklif hazırlayır.
Sports.az xəbər verir ki, klubun şərikli yeni sahibi Cim Retkliff Brantueyti komandanı yenidən quracaq əsas oyunçulardan biri kimi görür.
Daha əvvəl mətbuatda, Brantueyt ilə “Real” və “Arsenal”ın da maraqlandığı haqda məlumatlar yayılmışdı.