Futbol
Avropa nəhəngləri Frimponq uğrunda mübarizəyə girişiblər
15.04.2024 | 19:45
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Ceremi Frimponq “Bayern”, “Real” və “Mançester Yunayted”in maraq dairəsindədir.
Sports.az xəbər verir ki, futbolçunun, müddəti 2028-ci ilə qədər olan cari müqaviləsinə əsasən, 2024-cü il Avropa çempionatının əvvəlinə qədər müvafiq maddə fəallaşarsa, Frimponq 40 milyon avro məbləğində alına bilər.
Artıq futbolçunun nümayəndələri “Mançester Yunayted” və “Bayern”lə konkret danışıqlar aparırlar.