Robertson “Liverpul”un “Kristal Pelas”a məğlubiyyətindən üzgündür

“Liverpul”un müdafiəçisi Endryu Robertson İngiltərə Premyer Liqasının 33-cü turunda “qırmızılar”ın 0:1 hesabı ilə uduzduqları oyunun nəticəsini şərh edib.

Sports.az şotland futbolçunun bu barədə fikirləriin təqdim edir:

“İkinci hissədə daha yaxşı idik, amma digər qapı qarşısında imkanlarımızı yaxşı gerçəkləşdirə bilmədik, bu, son bir neçə oyunda təkrarlanır. Qapı qarşısında soyuqqanlılıq göstərməsən, oyunlarda qalib gəlmirsən. Oyunda altı-yeddi qol imkanımız oldu, amma təəssüf ki, qol vura bilmədik. Çox xoşagəlməzdir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar