Marsyalın “Mançester Yunayted”dəki taleyi necə olacaq?

“Mançester Yunayted”in fransalı hücumçusu Antoni Marsyal qarşıdakı transfer pəncərəsində “qırmızı şeytanlar”dan ayrılacaq.

Sports.az xəbər verir ki, Marsyal cari mövsüm başa çatdıqdan sonra “Mançester Yunayted”dən ayrılacaq və bu barədə müvafiq qərar artıq verilib.

Fransalı futbolçunun yaxın aylarda gələcəyi ilə bağlı qərar verəcəyi və özünə yeni klub tapacağı da vurğulanır. İndi Marsyal bütün diqqətini zədəsini sağaltmağa cəmləyib.

Bundan əvvəl mətbuatda, heç bir Avropa klubunun mümkün müqavilə ilə bağlı Marsyalla əlaqə saxlamadığı barədə məlumatlar yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar