Sanenin gələcəyi ilə bağlı məlumat yayıldı

"Bayern"in vingeri Leroy Zane komandanı tərk etməyəcək və gələcəkdə klubun Çempionlar Liqasını qazanmasına kömək etmək niyyətindədir.

Sports.az xəbər verir ki, yaxın vaxtlarda tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar aparılmalıdır.

Futbolçu şəhəri, klubu bəyənir, özünü rahat hiss edir və Münhendə qalmaq istəyir. Daha bir xarici təcrübə istisna edilmir, amma bu, üstün seçim deyil. Vurğulanır ki, "Bayern"in cari baş məşqçisi, alman mütəxəssis Tomas Tuxeldən sonrakı yeni çalışdırıcısı Sanenin Münhen klubundakı gələcəyində əsas rollardan birini oynayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar