Futbol
Fonseka “Milan”ı çalışdırmağa hazırdır

20.05.2024 | 19:45
“Lill”in baş məşqçisi Paulu Fonseka “Milan” rəhbərliyinə “rossoneri”ni çalışdırmağa hazır olduğunu bildirib.
Sports.az xəbər verir ki, “Milan” 51 yaşlı mütəxəssisə müddəti 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə hazırlayıb.
Bu günə qədər tərəflər arasında iki videokonfrans keçirilib və onlar müsbət yekunlaşıb.
“Milan”ın qısa siyahısına başqa namizədin də daxil olduğu vurğulanır. İtaliya klubu komandanın yeni baş məşqçisi ilə bağlı yekun qərarını gələn həftə verəcək.
Son xəbərlər