Futbol
“Napoli” Qasperinini komandanın baş məşqçisi vəzifəsinə əsas namizəd görür

20.05.2024 | 21:30
“Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini “Napoli”nin baş məşqçisi vəzifəsinə əsas namizəddir.
Sports.az xəbər verir ki, “Napoli”nin prezidenti Aurelio De Laurentis italyan mütəxəssislə əlaqələrini bərpa edib və onu komandaya baş məşqçi təyin etməyə üstünlük verib.
Qasperininin “Atalanta” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
“Napoli”nin prezidentinin ehtiyat seçimləri italyan mütəxəssislər - Antonio Konte, Stefano Pioli və Vinçentso İtalyanodan ibarətdir.
Son xəbərlər