Futbol
Florentino Peres Luka Modriçin “Real”da qalmaq arzusunu dəstəklədi

21.05.2024 | 13:30
“Real”ın prezidenti Florentino Peres 38 yaşlı xorvat mərkəz yarımmüdafiəçisi Luka Modriçlə futbolçunun klubdakı gələcəyi ilə bağlı danışıqlar aparıb.
Sports.az xəbər verir ki, Madrid klubunun rəhbəri Modriçin peşəkar futbolçu karyerasını “Real”da bitirmək istəyini dəstəkləyib.
Peresin, Modriçin klub əfsanəsi ad-sanını mükəmməl başa düşdüyü vurğulanır.
Daha əvvəl mətbuatda, xorvat yarımmüdafiəçinin Madrid klubu ilə müqaviləsinin müddətini 2025-ci ilə qədər uzatmağa yaxın olduğu barədə məlumat yayılmışdı.
Son xəbərlər