Futbol
Mbappenin qardaşı “Real”a keçməyəcəyini bildirdi

21.05.2024 | 13:00
PSJ-nin fransalı ulduz hücumçusu Kilian Mbappenin qardaşı, yarımmüdafiəçi Etan Mbappe bu yay “Real”a keçməyəcək.
Sports.az xəbər verir ki, 17 yaşlı fransalı futbolçu, azarkeşlərin, qardaşı Kilianla birlikdə “Real”a keçib-keçməyəcəyi ilə bağlı müvafiq suallarına təkziblə cavab verib.
Daha əvvəl, “Lill”in Etan Mbappeni heyətinə qatmaqda maraqlı olduğu haqda məlumat yayılmışdı.
Son xəbərlər