Futbol
Girassi “Borussiya"ya keçə bilər

26.05.2024 | 19:00
“Ştutqart”ın 28 yaşlı qvineyalı hücumçusu Seru Girassi Dortmund “Borussiya”sına keçə bilər.
Sports.az xəbər verir ki, qvineyalı futbolçu qarşıdakı yay transfer pəncərəsində “arılar” üçün ən üstün transfer hədəflərdən biridir.
Artıq danışıqlara başlanıldığı, amma hələ də futbolçunun transferində maraqlı olan klubların olduğu bildirilir. Girassi müqabilində təzminat haqqı təxminən 18 milyon avro məbləğindədir.
Daha əvvəl futbolçu ilə Madrid “Atletiko”su və “Vest Hem”in maraqlandığı bildirilirdi.
Son xəbərlər