Futbol
“Tottenhem” Solankeni gözaltı edib

26.05.2024 | 19:20
“Tottenhem” yay transfer pəncərəsində braziliyalı hücumçusu Rişarlisonla yollarını ayırmağa qərar verib və hazırda yeni hücumçu axtarışındadır.
Sports.az xəbər verir ki, “mahmızlar”ın əsas hədəfi “Bornmut”un hücumçusu Dominik Solankedir.
Amma “Tottenhem” rəhbərliyi anlayır ki, bir vaxtlar “Liverpul” və “Çelsi”də çıxış etmiş hücumçunun yüksək maliyyə tələbatını nəzərə almalı olacaq.
Xatırladaq ki, daha əvvəl, “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlunun klub rəhbərliyindən bu yay ən azı üç futbolçu ilə müqavilə imzalamağı xahiş etdiyi barədə məlumat yayılmışdı.
Son xəbərlər