Futbol
Flikin “Barselona”da alacağı maaş məlum oldu

27.05.2024 | 14:00
Alman mütəxəssis Hans-Diter Flik “Barselona” ilə müddəti 2026-cı ilə qədər qüvvədə olacaq müqavilə imzalayacaq.
Sports.az xəbər verir ki, tərəflər arasında maliyyə təfərrüatı ilə bağlı məlumat açıqlanmayıb.
Vurğulanır ki, alman mütəxəssis yeni mövsümdə Xavinin aldığından 30% az maaşa razılaşıb.
Flik anlayır ki, “baluqrana”nın iqtisadi çətinlikləri və fəsadları var və klub rəhbərləri ilə ortaq məxrəcə gəlməyə hazırdır.
Son xəbərlər