Luis Enrikenin Xviça Kvaratsxeliyanın PSJ-yə keçidinə münasibəti məlum oldu

PSJ-nin baş məşqçisi Luis Enrike “Napoli”nin 23 yaşlı gürcü vingeri Xviça Kvaratsxeliyanın transferini zəruri hesab edir.

Sports.az xəbər verir ki, Enrike, Kilian Mbappenin gedişindən sonra oyunda təkbətək vəziyyətlərdə yüksək səviyyəli müdafiəçilərini məğlub edə biləcək sürətli və güclü hücumçunun komandadan əskik olacağını hesab edir.

İspan mütəxəssis hesab edir ki, Xviça onun oyun strukturuna mükəmməl uyğunlaşacaq.

Daha əvvəl PSJ rəhbərliyinin Xviça Kvaratsxeliya müqabilində “Napoli”yə 60 milyon avro məbləğ təklif etməyə hazır olduğu bildirilirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar