“Çelsi” Amorimin namizədliyindən daşındı

“Çelsi” Lissabon “Sportinq”inin portuqal çalışdırıcısı Ruben Amorimi baş məşqçi təyin etməyəcək.

Sports.az xəbər verir ki, “zadəganlar”ın rəhbərliyinin Amorimə dair uzunmüddətli marağının olmasına rəğmən, London klubunu iki amil karıxdırır: mütəxəssisin müqaviləsinin təzminatı müqabilində 15 milyon avro məbləğində ödəniş və portuqal mütəxəssisin İngiltərədə iş təcrübəsinin olmaması.

“Çelsi” rəhbərliyi hesab edir ki, yeni baş məşqçi İngiltərə Premyer Liqasında mütləq təcrübəyə malik olmalıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar