Futbol
Mirançukun agenti müştərisinin “Atalanta”dakı taleyinə aydınlıq gətirdi
28.05.2024 | 13:00
“Atalanta”nın yarımmüdafiəçisi Aleksey Mirançukun maraqlarını təmsil edən futbolçu agenti Vadim Şpinyov müştərisinin gələcəyi ilə bağlı sualı cavablayıb.
Sports.az Şpinyovun bu barədə cavabını təqdim edir:
“Mən dedim ki, gələcəyi ilə bağlı qərarı Lyoşa özü verəcək. İndi sizə yeni heç nə deməyəcəyəm. Qarşıda “Atalanta” ilə daha bir illik müqaviləmiz var”.