Futbol
Ben-Yedder “Monako”dan ayrılacaq
28.05.2024 | 14:00
33 yaşlı fransalı hücumçu və “Monako”nun kapitanı Vissam Ben-Yedder 2024-cü ilin yayında Knyazlıq klubunu azad agent qismində tərk edəcək.
Sports.az xəbər verir ki, əvvəllər, Ben-Yedderin karyerasını davam etdirmək üçün mümkün seçimlərindən birinin Marsel “Olimpik” ilə müqavilə imzalamaq olduğu haqda məlumat yayılmışdı.
Futbolçuya Səudiyyə Ərəbistanı klublarından da maraq var.