“Neftçi”nin prezidenti ilə idman direktoru Regekampf üçün Rumıniyada - Fotolar

“Neftçi” rəsmiləri Rumıniyaya səfər edib.

Sports.az xəbər verir ki, klub prezidenti Kamran Quliyevlə idman direktoru Zaur Əzizov baş məşqçi Laurentsiu Regekampfın dəvəti ilə bu ölkəyə yollanıb.

Rumın çalışdırıcı sentyabrın 25-i Korina Kasiusdan olan azyaşlı oğlunun Vaftiz mərasimi üçün (xaç suyuna salınma, xristianlığa qəbul olunma) Buxarestdə yığıncaq təşkil edib.

Mərasimdə Regekampfın doğmaları və yaxınları, eləcə də futbol təsərrüfatında yaxınlıq etdiyi insanlar iştirak edib. Onların arasında Bakıdan gələn qonaqlar, həmçinin Regekampfın “Neftçi”yə keçidinə vasitəçilik etmiş agent Leonid İstrati də olub.

Kamran Quliyevlə Zaur Əzizov şadyanalıqda iştirak edəndən d

sonra bu gün Regekampfla birgə Bakıya qayıdacaqlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar