Futbol
Smit-Rou “Arsenal”dan “Fulhem”ə keçə bilər

03.06.2024 | 14:40
“Arsenal”ın 23 yaşlı yarımmüdafiəçisi Emil Smit-Rou bu yay “Fulhem”ə keçə bilər.
Sports.az xəbər verir ki, “Fulhem” ingilis futbolçunun alınmasını bu yay pəncərəsində ən əsas hədəfi kimi müəyyənləşdirib.
“Fulhem”in braziliyalı ulduzu Villian Səudiyyə Ərəbistanından gələn təklifləri dəyərləndirdiyi üçün baş məşqçi Marko Silva “bağçılar”ım hücum xəttini gücləndirmək istəyir.
Həmçinin bildirilir ki, “Arsenal” qarşıdakı transfer pəncərəsində çoxlu sayda alış-veriş etmək niyyətindədir, ona görə də Emil Smit-Rounu satmaq “topçular”ın planlarının bir hissəsidir.
Son xəbərlər