Futbol
“Borussiya” Terziçə yeni müqavilə təklif edəcək

03.06.2024 | 22:45
Dortmund “Borussiya”sının rəhbərliyi baş məşqçi Edin Terziçlə müqavilə müddətini uzatmağı planlaşdırır.
Sports.az xəbər verir ki, daha əvvəl mətbuatda, klubun mütəxəssisə yeni müqavilə təklif etmək fikrində olmadığı barədə məlumatlar yayılmışdı.
Klub rəhbərliyi hesab edir ki, Terziç artıq geridə qalmış mövsümün ikinci hissəsində işi ilə bağlı müsbət istiqamətdə dəyişiklik edə bilib və bu səbəbdən mütəxəssisə yeni müqavilə təklif ediləcək.
Son xəbərlər