Futbol
Dyökereş “Atletiko”ya keçə bilər

03.06.2024 | 23:00
“Sportinq”in 25 yaşlı hücumçusu Viktor Dyökereş Madrid “Atletiko”suna keçə bilər.
Sports.az xəbər verir ki, “döşəkçilər” isveçli futbolçunu qarşıdakı transfer dönəmində ala bilərlər.
“Sportinq”in Dyökereş müqabilində 100 milyon avro məbləğ istədiyi bildirilir.
Xatırladaq ki, Dyökereş 29 qolla 2023/2024-cü illər mövsümü Portuqaliya Premyer Liqasının ən sərrast futbolçusu olub.
Son xəbərlər