Futbol
Ronaldo De Xeanın “Əl-Nəsr”ə keçməsini istəyir

04.06.2024 | 11:00
“Mançester Yunayted”in və İspaniya yığmasının sabiq qapıçısı David de Xea “Əl-Nəsr”ə keçə bilər.
Sports.az xəbər verir ki, “Əl-Nəsr”in qapıçısı David Ospinanın bu yay komandanı tərk edəcəyi ehtimalı olduğundan Səudiyyə Ərəbistanı klubu yeni “1 nömrə” axtarışındadır.
“Əl-Nəsr”in portuqal ulduzu, hücumçu Kristiano Ronaldo klub rəhbərliyinə, ötən yay transfer təklifi ilə artıq klubun müraciət etdiyi De Xea ilə yaxından tanış olmağı tövsiyə edib.
Səudiyyə Ərəbistanı klubunun diqqətini ispan qapıçıya yönəltdiyi və danışıqlara hazırlaşdığı bildirilir.
Son xəbərlər