Futbol
İtalyano “Bolonya”nın sükanı arxasına keçə bilər

04.06.2024 | 09:20
“Bolonya” “Fiorentina”nın keçmiş baş məşqçisi Vinçentso İtalyano ilə, italyan mütəxəssisin komandanın baş məşqçisi təyin edilməsi istiqamətində danışıqlarda irəliləyir.
Sports.az xəbər verir ki, klub mütəxəssisi təyin etməkdə israrlıdır, ona 2 illik müqavilə təklif edib və bu müqaviləyə əsasən, İtalyano ildə 2,5 milyon avro məbləğində qazanc əldə biləcək.
Xatırladaq ki, iyunun 2-də İtalyano 2023/2024-cü illər mövsümünün sonunda “Fiorentina”dan ayrılacağını açıqlamışdı.
Son xəbərlər